İki avtomobil toqquşdu, piyada yaralandı
05 iyul 2016 12:28 (UTC +04:00)

İki avtomobil toqquşdu, piyada yaralandı

0

Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 4-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Bayram Əliyevin idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elçin Şahsuvarovun idarə etdiyi “NAZ-Lifan” markalı avtomobillər toqquşub, sonra “NAZ-Lifan” markalı avtomobil yolun kənarında dayanmış Şəki rayon sakini Hünər Sədiyevə dəyib.

 

H.Sədiyev xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar