İki "Jiquli" toqquşdu, ata və qızı yaralandı
12 may 2017 00:47 (UTC +04:00)

İki "Jiquli" toqquşdu, ata və qızı yaralandı

0

Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb. APA -nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi "VAZ-21015" markalı maşınla hərəkətdə olarkən qarşıdan gələn "VAZ-2107" markalı maşınla toqquşub.

 

Nəticədə  "VAZ-21015" markalı maşının sürücüsü  M. Abdullayev və onun 2016-cı il təvəllüdlü qızı Röya Abdullayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar