Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 25 km aralı) "Hirkan" Milli Parkının ərazisində 3 ha sahədə kol-kos və ağaclar yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qoruq ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.