Hindistanın şimalında yerləşən Uttarakxand ştatında baş verən torpaq sürüşməsi və daşqınlar nəticəsində zərərçəkənlərin sayı 6500 nəfərə çata bilər.
APA-nın “Əl-Cəzirə” telekanalına istinadən yaydığı məlumata görə, ştatın baş naziri qurbanların sayının min nəfərə çatdığını bəyan etsə də, sonradan bu rəqəmi 6500-ə qaldırıblar. Ordu birləşmələri əhalini hadisə yerindən vertolyotlarla təxliyə etməyə çalışsalar da, qatı duman səbəbilə əməliyyat dayandırılıb. Artıq fəlakət bölgəsindən 70 min nəfər xilas edilib, bu günə kimi ərazidən 680 meyit tapılıb, onlardan 80-ni ailə üzvlərinə təhvil verilib. Uttarakxandda bir neçə tanınmış ziyarətgah yerləşir, ziyarətə getmiş on minlərlə zəvvar təbii fəlakət səbəbindən geri qayıda bilmir. İlkin hesabalamalara görə, fəlakət zonasında sel və daşqınlar 150 körpünü yararsız vəziyyətə salıb.