FHN-də "Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib
11 may 2018 15:30 (UTC +04:00)

FHN-də "Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ağdam rayonunda 10 may 2018-ci il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda konfrans keçirilib.

 

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, nazir müavini general-leytenant Etibar Mirzəyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Fövqəladə Hallar Nazirliyinin və Ağdam rayon İcra Hakimiyyətinin məsul işçiləri, həmçinin FHN-in Qarabağ bölgəsində fəaliyyət göstərən qurumlarının əməkdaşları və Ağdam rayon ictimaiyyətinin nümüyəndələri iştirak ediblər.

Əvvəlcə, konfrans nümayəndələri Ağdam rayonunun Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyev abidəsinin önünə gül dəstələri qoyaraq Dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Konfrans Ağdam rayon Mədəniyyət evində Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbiri açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov mərhum prezidentin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi -xronoloji nəzər salıb, Azərbaycana rəhbərlik etdiyi 34 illik dövrdə gördüyü işlərin əhəmiyyətindən danışıb.

 Qeyd edib ki, bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz dahi rəhbərin adı ilə bağlıdır. Ermənilərin Dağlıq Qarabağa olan haqsız iddialarına və məkrli fəaliyyətlərinə qarşı mübarizə ulu öndərin həyatının əsas qayəsindən birini təşkil edib. Hələ Sovet hakimiyyəti illərində erməni millətçilərinin Dağlıq Qarabağa olan iddiaları Tarixi Şəxsiyyətin müdrik və uzaqgörən siyasəti ilə qətiyyətlə alınıb, Dağlıq Qarabağı Azərbaycana iqtisadi və mədəni cəhətdən bağlamaq üçün 70-ci illərdə Bakı-Xankəndi dəmir yolu xətti, Azərbaycan Pedoqoji Universitetinin Xankəndi filialı və  Vaqifin abidəsinin açılışı kimi bir çox uzaqgörən işlər həyata keçirilib. 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarını sübut etmək üçün Xankəndində ermənilərin Qarabağa gəlişinin 150 illiyini sübut edən abidənin qoyulması erməni iddialarına qarşı ən müdrik fəaliyyətlərdən biri idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasının qarşısını alınıb.

Natiq bildirib ki, ulu öndər müstəqillik illərində də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. O, çıxışının sonunda qeyd etmişdir ki, göstərdiyi əvəzsiz xidmətlərə görə Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev ümummilli liderin Azərbaycan naminə titanik siyasi fəaliyyətinə geniş nəzər salıb, qeyd edib ki, bugünkü müstəqil və güclü Azərbaycan ulu öndərin şah əsəridir. Dünya şöhrətli siyasətçi Heydər Əliyev SSRİ rəhbərliyində – Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdlərini qətiyyətlə dəf etmişdi. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açılıb.

Natiq bildirib ki, dahi şəxsiyyət Azərbaycanın milli tarixi ilə sıx bağlı olmuş, öz taleyini Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyinə sərf edib. Azərbaycan xalqı daim ona inanmışdır. Məhz 1993-cü ildə Azərbaycan xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə qayıtmış və xalqını həyata keçirdiyi müdrik siyasətlə bəlalardan qurtarmış və dövlətimizi davamlı və rəvan inkişafı yoluna çıxarıb. Bu gün onun müdrükcəsinə müəyyən etdiyi inkişaf yolu cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da çıxış edərək Azərbaycan xalqının böyük oğlunun dövlətçiliyimizin möhkəmləndirilməsi, Qarabağın milli-mədəni sərvətlərinin mühafizəsi ilə bağlı həyata keçirdiyi tarixi tədbirlərdən söz açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlli üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.

Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir. Konsert proqramında Azərbaycanın gənc istedadlı musiqiçisi drijor Cavad Tağı-Zadənin və Xəzər Univerisitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti Kamera Orkestrinin Azərbaycan bəstəkarlarının bəstələrindən ibarət əsərlər dinlənilmişdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Oxşar yazılar