Hərbi yönümlü QHT-lər bəzi zabitlər haqqında yayılan xəbərlərlə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda həmin informasiyaların hərbçilərin nüfuzunu aşağı salmaq, həm də ümumən ordumuz haqqında mənfi rəy formalaşdırmaq niyyəti ilə yayıldığı qeyd edilir: “Bu cəhdlər isə dövlətçilik prinsiplərinə qəti şəkildə zidd olmaqla yanaşı, Azərbaycan ordusu ilə cəmiyyət arasında mənəvi uçurum, çaşqınlıq yaratmağa hesablanmış yolverilməz addımlardır”.
Bəyanatı imzalayıb:
1. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası
3. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
4. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi
5. Çernobl Əlilləri Cəmiyyəti; Azərbaycan Çernobl Əlilləri İttifaqı
6. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi
7. “Əsgər Anaları” Şurası
8. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti
9. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
10. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
11. “Əsgər Ailəsi” Cəmiyyəti
12. Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”
13. Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi
14. Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi
15. Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyi