Hərbi Prokurorluqdan əsgər ölümü ilə bağlı <span style="color:red;">AÇIQLAMA
11 mart 2015 19:40 (UTC +04:00)

Hərbi Prokurorluqdan əsgər ölümü ilə bağlı AÇIQLAMA

 

Respublika Hərbi Prokurorluğu Azərbaycan Ordusunun əsgərinin ölümü ilə bağlı məlumat yayıb.

 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə 7 mart 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi müəyyən edilib.

Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar