Hərbi hissələr Gəncədən köçürülür
18 aprel 2014 18:56 (UTC +04:00)

Hərbi hissələr Gəncədən köçürülür

Bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq.


 

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib.

 

Onun sözlərinə görə ölkə rəhbərinin tapşırığı ilə Gəncənin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək.

 

İcra başçısı qeyd edib ki, bu ilin sonuna kimi 6, gələn il isə 5 hərbi hissənin köçürülməsi planlaşdırılır.

 

E. Vəliyev qeyd edib ki, hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilərdən şəhərin baş planına uyğun olaraq istifadə ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar