Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb - <span style="color:red;">YENİLƏNİB
02 may 2014 17:09 (UTC +04:00)

Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb - YENİLƏNİB

0

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb.

 

Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1051

Oxşar yazılar