Şəmkir Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə Yasamal aşırımında qeydə alınıb. Qəza zamanı 1985-ci il təvəllüdlü Canbulat Zahir oğlu Əmrahovun idarə etdiyi “10-PK-248” dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə Müdafiə Nazirliyinin baş giziri 1976-cı il təvəllüdlü Zülfüqar Elxan oğlu Şirəliyevin idarə etdiyi “8573- AO” dövlət qeydiyyat nişanlı “PAZ” markalı sərnişin avtobusu toqquşub.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü, mayor İrşad Salman oğlu Abbasov və 1972-ci il təvəllüdlü Midhət Tələt oğlu Əsədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət alan avtobusun sürücüsü və digər şəxslər Gəncə Şəhər Hərbi Hospitalına yerləşdirilib.
*****
17:01
Azərbaycanda baş verən avtobus qəzasında ölən hərbçinin adı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “PAZ” markalı avtobusun dərəyə yuvarlanması nəticəsində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçisi, kapitan Elxan Zülfüqar oğlu Əliyev dünyasını dəyişib.
Digər yaralılar isə ağır vəziyyətdə hospitala yerləşdiriliblər.
***
16:19
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.
Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” Çevik reaksiya idarəsinə daxil olan məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Əlavə məlumat veriləcək.