Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlamaqda təqsirli olunan Yalçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yalçın Novruzov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Yalçın Novruzov Xızı rayonun Giləzi qəsəbəsində həmyerlisi Cəbrayıl Abbasovu bıçaqlayıb. C. Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Giləzi qəsəbə sakini Yalçın Novruzov tutulub.
Yalçın Novruzov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub.