Azərbaycanda cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Baba Elxan oğlu Şabanova göndərilən banderola baxış keçirilən zaman kustar üsulla hazırlanmış “Şəki halvası”nın qutusunun içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 2 ədəd mobil telefon üçün batareya aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.