Həbsxanada qadağan edilmiş əşyalar tapılıb. Lent.az-ın Ədliyyə Nazirli Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində xidmətin Qobustan rayonu ərazisində yerləşən həbsxanasında 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
2066