3 saylı istintaq təcridxanasına qanunsuz əşya və narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Tərlan Asif oğlu Quliyevin qardaşı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində “Karamel” konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4 maddələrinə əsasən həbs edilmiş şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı, İmişli rayonu, K.Qasımov küçəsi ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış keçirilən zaman “Çistaya liniya” dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən həbs edilmiş şəxs İsa Rüstəm oğlu Hümbətovun anası, Bakı şəhəri, 7 mkr. F.Məlikov küçəsi, ev 53, mən. 2 ünvanında yaşayan vətəndaş Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasının gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.
Hər 3 faktla bağlı araşdırma aparılır.