Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Əfqan Fərman oğlu Almaz-zadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1(bir) ədəd BlackBerry” markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.