Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə Ramana qəsəbəsi Südçülük sovxozu, “Yeni tikili” yaşayış massivində baş verib. Orada yaşayan 23 yaşlı Murtuzayeva Əminə Tahir qızı qonşusunun həyətində peyk antenasının dirəyindən özünü asaraq intihar edib.
Polisdən həmçinin bildirilib ki, Ə. Murtuzayeva 7 aylıq hamilə olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.