“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov İspaniya Superkubokunda “Atletiko” və “Barselona” komandaları arasında keçirilmiş ilk oyunu canlı izləyib. Lent.az-ın məlumatına görə, Madriddəki “Visente Kalderon” stadionunda baş tutan qarşılaşmaya Məmmədov veteran futbolçularımız İqor Ponomaryov və İsgəndər Cavadovla birgə baxıb.
Oyundan əvvəl o, “Atletiko” rəsmisi Miqel Anhel Hilə top hədiyə edib. Bu, futbol kralı Pelenin vaxtilə dünya çempionatında oynadığı topdur.
Qeyd edək ki, “Atletiko” – “Barselona” matçı heç-heçə ilə nəticələnib – 1:1.