Hacıqabulda fərdi yaşayış evi yanıb. Hacıqabul rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gün saat 20.15 radələrində rayon sakini 1938-ci il təvəllüdülü Gilas Qasımovaya məxsus 1 mərtəbəli 5 otaqlı yaşayış evi baş vermiş yanğın nəticəsində təmamilə yanıb. Hadisə rayonun Daşqın Ağamalıyev küçəsində baş verib. Yanğınsöndürənlər hadisə yerinə çatanadək yanğın bütün evi bürüyüb.
Yangınsöndürənlər yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alsalar da, ev əşyaları, mənzilin sənədləri və ev sahibinin dediyinə görə, mənzildə olan böyük məbləğdə pul yanaraq külə dönüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.