Gürcüstanda eyni yerdə iki qəza: 7 ölü, 3 yaralı
02 avqust 2015 07:25 (UTC +04:00)

Gürcüstanda eyni yerdə iki qəza: 7 ölü, 3 yaralı

0

Bakı-APA. Gürcüstanın Quriya inzibati rayonunun Qriqoleti kurort qəsəbəsi yaxınlığında mərkəzi magistral yolda bir-birinin ardınca baş vermiş iki qəza nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” məlumat verib.

 

 

 

Məlumata görə, əvvəlcə marşrut mikroavtobusu “Mercedes” markalı avtomobil ilə toqquşub, nəticədə 7 nəfər ölüb.

 

Az sonra həmin ərazidə polis pikapı “təcili yardım” maşını ilə toqquşub. Nəticədə 3 polis əməkdaşı xəsarət alıb.

 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar