İranda 6 azərbaycanlı fəal barəsində hökm oxunub.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, qərara əsasən, Mənsur Seyfi, İlqar Müəzzinzadə, Aydın Zakiri, Cəfər Ağaməhəmmədi, Fərdin Nobəxt və İbrahim Əttarzadə pul cəriməsi ödəməlidirlər.
Qeyd edək ki, azərbaycanlı fəallar İranın eks-prezidenti “Məhəmməd Xatəmini təhqir etməkdə” günahlandırılaraq 2009-cu ilin mayında Meşkinşəhrdə (Xiyov) həbs ediliblər.
İnqilab məhkəməsinin Xiyovdakı bölməsinin birinci şöbəsi onları “müxalif qrupların xeyrinə təbliğat aparmaqda” ittiham edərək, hər birinə 9 ay həbs cəzası vermişdi. Ancaq onlar bu qərarla razılaşmayaraq, apelyasiya şikayəti vermişdilər.
Ərdəbil əyaləti Apelyasiya Məhkəməsinin üçüncü şöbəsi də işə yenidən baxaraq, həbs cəzasını cərimə ilə əvəzləyib.