Sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer - dizayner Gülnarə Xəlilova toxuma əl işlərindən ibarət "İlmələrin sehri" kolleksiyası təqdim edib. Bunu Lent.az-a modelyerin özü açıqlayıb:
“Yeni kolleksiyamda müxtəlif üslublu geyimlər var. Bu kolleksiyada çox çətin iş texnikasından istifadə olunub. Bir insan mütləq gördüyü işi sevməlidir. Əks halda nəticə o qədər də urəkaçan olmayacaq. Mən geyimləri hazırlayarkən bütün varlığımla yaradıcılığa qapanıram. Kolleksiyada istifadə olunmuş bütün bəzəklər, düymələr, boyunbağılar, sırğalar, qolbaqlar və sairə - hamısı saplardan hazırlanıb. Məhz bu kolleksiyamda olan toxuma geyimlərim dəfələrlə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib. Düşünürəm ki, hazırladığım yeni geyimlərim yaradıcılığımda xüsusi yer tutacaq”.