“Ölən oğlan hər kimdirsə, Rəmişin oğlu deyil”
Bu sözləri APA-ya gitaraçı Rəmişin həyat yoldaşı Güllü Hüseynova deyib. Güllü Hüseynovanın sözlərinə görə, Rəmişin Hüseyn adında oğlu yoxdur: “Qurban olum, qurtarın bu söhbəti. Hamı bilsin ki, Rəmişin oğlu yoxdur. Rəmişin iki qızı var, vəssalam! O adam kimdir, nəçidir, mən bilmirəm. Bu yayılan söhbətlər hamısı yalandır”.
Güllü Hüseynova əlavə edib ki, nə Rəmiş, nə də onun özü bu məsələ ilə maraqlanmayıb: “Mənim xəbərim yoxdur, Rəmiş də bu məsələ ilə maraqlanmayıb. Bilmirik kimdir, niyə ölüb, harada dəfn olunub”.
Qeyd edək ki, Rəmişin Arzu adlı xanımdan qeyri-rəsmi oğlu olduğu iddia edilən Hüseyn Hüseynov (“Quska” adı ilə tanınıb) səkkiz əvvəl Rusiyada həbs olunub və cəzaçəkmə müəssisələrindən birində cəza çəkib. Hüseyn Hüseynova 9 il həbs cəzası kəsilib. Məlumata görə, H. Hüseynovun meyiti artıq ölkəyə gətirilib və Yevlax qəbiristanlığında torpağa tapşırılıb.