Axşam saatlarında məhkəmə zalından azadlığa buraxılan Gülər Əhmədova artıq öz evindədir. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, məhkəmə binasını arxa qapıdan tərk edən Gülər Əhmədovanın yaşadığı evin qarşısına mətbuat nümayəndələri toplaşıblar.
Ancaq həmin binanın mühafizə xidmətinin əməkdaşları jurnalistlərin həyətə daxil olmasına imkan vermirlər. Əslində, Gülər Əhmədovanın məhkəmə binasını arxa qapıdan tərk etməsinin əsas səbəbinin də məhz onun jurnalistlərlə üzləşmək istəməməsinin ola biləcəyi qətiyyən istisna deyil.