Göygöldə tikintidə bədbəxt hadisə: fəhlə ölüb
17 aprel 2014 00:31 (UTC +04:00)

Göygöldə tikintidə bədbəxt hadisə: fəhlə ölüb

Göygöldə məcburi köçkünlər üçün tikilən şəhərcikdə bədbəxt hadisə baş verib.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə apreilin 16-da rayonun Hacıməlik kəndi yaxınlığında olub.

 

Tikintidə işləyən iki fəhlənin üstünə mişar daşları tökülüb. Hadisə zamanı Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmməd oğlu Məmmədov və  Ağcabədi rayon Təzəkənd kənd sakini, 45 yaşlı Ayaz Məhərrəm oğlu Nuriyev bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Həkimlərin səyinə baxmayaraq, Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. Əliqəmə Məmmədovun vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar