Göygöldə meşədə qətl: brakonyer gözətçini öldürdü
11 yanvar 2016 13:59 (UTC +04:00)

Göygöldə meşədə qətl: brakonyer gözətçini öldürdü

Göygöl rayonunda qətl törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yanvarın 10-da saat 14:00 radələrində rayonun Şəhriyar kəndi yaxınlığında meşədə qeydə alınıb.

 

Rayonun Gəncə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlunun üzərində 5 bıçaq xəsarəti olan meyiti aşkar olunub. Göygöl Rayon Prokurorluğu və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Göygöl rayon Şəhriyar kənd sakini, 1995-ci il təvəllüdlü Sayfronov Şaxsaid Saynazaroviç Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

Məlumata görə, Rəşad Əliyev meşə gözətçisinin köməkçisi, Şaxsaid Sayfronov isə meşə brakonyeri olub. Mərhum meşədə qanunsuz ağac kəsilməsinin qarşısını alarkən 5 bıçaq zərbəsi ilə qətlə yetirilib.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar