Göygöldə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı evdə yanğın baş verib. Nəticədə evin 1 otağında 1 ədəd yataq dəsti və “Krusna” markalı televizor yanıb.
Ev yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.