Daxili İşlər Nazirliyi Göygöldə 92 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə K.Məmmədovu bıçaqla qətlə yetirmiş Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Allahverdiyev tutulub.