Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları - SİYAHI- YENİLƏNİB
09 oktyabr 2014 13:10 (UTC +04:00)

Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları - SİYAHI- YENİLƏNİB

 
 
 
Göygöldə baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, qəza zamanı Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Elvin İlham oğlu Kərimov və 2004-cü il təvəllüdlü Gürcüstan vətəndaşı İsgəndərov Fuad Famil oğlu ölüb, 1968-ci il təvəllüdlü Şəmsiyeva Dilavər Məhəmməd qızı, 1985-ci il təvəllüdlü Osmanov Vasif Əli oğlu, 1963-cü il təvəllüdlü Alıyeva Gülşən Dursun qızı, 1968-ci il təvəllüdlü Süleymanova Həmayıl Cahangir qızı, 1955-ci il təvəllüdlü Hacıyeva Nabat Qurban qızı, 1953-cü il təvəllüdlü Ayvazova Hürü Mustafa qızı və 1993-cü il təvəllüdlü Mamedov Bəhruz İlham oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 
 
10:10
 
 
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 03:00 radələrində magistral yolun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

 

Bakı-Gürcüstan marşrutu üzrə işləyən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

 

Qəza nəticəsində avtobus alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə dəstəsi cəlb edilib. FHN-in hadisə ilə bağlı yaydığı məlumata görə, yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

 

 

*****

 

10:04

 

Göygöldə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Qazax yolunun 364-cü kilometrliyində,  "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6656

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15