Göyçayda cürümüş kişi meyiti tapılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Göyçay RPŞ əməkdaşları tərəfindən Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində tapılmış, üzərində zorakılıq əlamətləri görünməyən və qismən çürüməyə məruz qalmış 60-65 yaşlı meyitin ötən il dekabrın 12-də itkin düşmüş İsmayıllı şəhər sakini Bəxtiyar Nəsirov olması müəyyən edilib.
Qeyd edək ki, Bəxtiyar Nəsirov uzun illər polis əməkdaşı olub.