Goranboyda qonşular arasında dava olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun 1 may kənd sakini, 1983-cü il təvəllüdlü Ramin Abdullayev baş nahiyəsindən aldığı ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb. R. Abdullayevin qonşusu tərəfindən döyüldüyü bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.