Goranboy rayonunda yol qəzası baş verib. Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü Bəxtiyar Əhməd oğlu Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili ağaca çırpıb. Qəza zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Roman Mehdi oğlu Məmmədov hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, qəza zamanı avtomobildə ölən şəxs dostu B.Eyvazovun övladının sünnət toyunda iştirak etmək üçün Goranboy rayonuna gedibmiş.
*****
12:05
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumata görə, Rəhimli kəndində "Renault" markalı minik avtomobili sürücüsünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, 1 nəfər sərnişin aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan vətəndaşın avtomobildən cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.