Goranboyda kütləvi dava: 1 ölü, 3 yaralı
03 sentyabr 2013 12:16 (UTC +04:00)

Goranboyda kütləvi dava: 1 ölü, 3 yaralı

Goranboyda kütləvi dava baş verib.


 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Veyisli kəndində qeydə alınıb.

 

Bakıdan Veyisli kəndinə istirahətə gedən 4 nəfər şəxslə kənd sakinləri arasında insident yaranıb. İnsident sonradan kütləvi davaya çevrilib. Nəticədə Veyisli kənd sakini, 1970-ci il təvəllüdlü Səxavət Murad oğlu Nağıyev bıçaqla qətlə yetirilib, mərhumun qardaşları - 1976-cı il təvəllüdlü Mürvət, 1986-cı il təvəllüdlü Şükür və oğlu, 1996-cı il təvəllüdlü İxtiyar xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 4 nəfər saxlanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Oxşar yazılar