Goranboyda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Tatarlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 195 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin tavanının yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.