[b]Goranboyda 29 yaşlı qadın müəmmalı şəkildə öldü[/b]
01 avqust 2017 00:21 (UTC +04:00)

[b]Goranboyda 29 yaşlı qadın müəmmalı şəkildə öldü[/b]

Goranboy sakini xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xan Qərvənd kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Fərqanə Ramiz qızı yüksək hərarətlə ağır vəziyyətdə Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qadının  hansı səbəbdən öldüyü hələlik məlum deyil.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar