Goranboy sakini göldə batdı
13 iyul 2013 16:37 (UTC +04:00)

Goranboy sakini göldə batdı

 

Goranboy sakini göldə boğulub. Bu barədə Lent.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1998-ci il təvəllüdlü Qəhrəmanov Sabir Vüqar oğlu Goranboy rayonu, Sapıküt kəndi ərazisində yerləşən Sapıküt gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralda nəzarətsiz ərazidə) batıb. Dərhal hadisə yerində olan Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən S. Qəhrəmanovun cəsədi batdığı yerdən 15 metr aralıda tapılıb və aidiyyəti üzrə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165

Oxşar yazılar