“Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilən zaman pirotexniki vasitələr aşkar olunub. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9200 ədəd pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.