Gömrük xidməti Maltada "Narkotikə yox!" adlı sərgi keçirib
11 oktyabr 2014 10:30 (UTC +04:00)

Gömrük xidməti Maltada "Narkotikə yox!" adlı sərgi keçirib

Gömrük xidməti və Gömrük Tarixi Muzeyi nümayəndələri Maltanın Paytaxtı Vallettada “Narko­tik­lərə yox!” adlı sərgi keçirib. Komitədən Lent.az-a verilən məlumata görə. “Azərterminalkompleks” Birliyinin di­rektoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nü­mayəndə heyəti Valletta şəhərində sə­fər­də olub. 
Maltada ilk dəfə keçirilən bu sərgi Malta paytaxtının tarixi mərkəzində, 1719-cu ildə cəngavərlər tərəfindən inşa olunan gömrük binasında təşkil edilib.

 Sərgiyə azərbaycanlı rəssam və heykəl­təraşlar - Nadejda İbrahimova, Mahmud Rüstəmov, Nazim Rəhmanov, Oqtay Mur­tuzayev və Teymur Rüstəmovun incə­sənət əsərləri çıxarılıb. Hər bir eksponat narkotiklərdən istifadənin dəhşətli fə­sadları barədə bəşəriyyətə mesaj verir. Göm­rük Xidməti tərəfindən burada Avstriya, Por­tu­qaliya və Makedoniyada keçirilən sər­gilərdə nümayiş etdirilib.    
 

Qeyd edək ki, Valletta şəhərində keçirilən sərginin açılış mərasimində Malta Prezidenti xa­nım Mari-Luiz Koleyro Preka başda ol­maqla, dövlət və hökumət, eləcə də yerli orqanların yüksək vəzifəli nümayəndə­ləri iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar