Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində QAYDALAR
27 dekabr 2012 10:36 (UTC +04:00)

Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində QAYDALAR

Nazirlər Kabineti “Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi qaydası”nı təsdiq edib.

 

Lent.az-ın verdiyi məlumata görə, mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış şərti buraxılışdır.

Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar Gömrük Məcəlləsində maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar.

 

Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində bu Qaydanın 1.3-cü bəndinə uyğun olmayan məqsədlər üçün sərəncam verilməsi gömrük orqanlarının icazəsi ilə aşağıdakı üsullarla həyata keçirilir:

- qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməklə;

- mallar məhv edilməklə;

- mallardan dövlətin xeyrinə imtina edilməklə;

- mallar gömrük ərazisindən faktiki çıxarılmaqla.

Bu Qaydada nəzərdə tutulan icazənin alınması üçün gömrük orqanına ərizə ilə müraciət olunur. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- ərizəçinin müraciət etdiyi gömrük orqanının adı;

- ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

- ərizə hüquqi şəxsin adından verildikdə, onun adı və hüquqi ünvanı;

- mallara gömrük ödənişləri üzrə güzəştlər verilməsinə əsas verən və gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış malların istifadə məqsədini əks etdirən məlumatlar;

- ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

- hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

-ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə edilir. Gömrük orqanı tərəfindən müraciətə onun daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində baxılır və şəxsə kağız üzərində yazılı formada icazə verilir. Gömrük Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi barədə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə, kağız üzərində yazılı formada məlumat verilir.

 

Gömrük rüsumlarının və vergilərinin ödənilməsi qaydası Gömrük Məcəlləsinin və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə malların şərti buraxılışına dair digər hallar və qaydalar müəyyən oluna bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28