Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, iyulun 2-də komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ağdaş şəhərindəki Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda bölgədə yerləşən - Ağdaş, Göyçay, Ucar, Yevlax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.