Gömrük Komitəsinin sədr müavinləri dəyişdi - <span style="color:red;">YENİ TƏYİNATLAR
07 iyul 2018 11:57 (UTC +04:00)

Gömrük Komitəsinin sədr müavinləri dəyişdi - YENİ TƏYİNATLAR

Azərbaycan prezidenti  İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

 

APA-nın məlumatına görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

 

Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

 

 

Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

APA Baycan

Oxşar yazılar