Gömrükçülər tərəfindən qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlayıb.
DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd "Samsung" markalı mobil telefon, mobil telefonlarda istifadə üçün nəzərdə tutulan 11 ədəd adapter, 8 ədəd batareya , 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu akar edilib.
Faktla bağlı araşdırma aparılır.