Aprelin 22-də Gəncədə baş vermiş daşqınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, leysan yağış nəticəsində bir çox fərdi yaşayış evləri, inzibati obyektlərin həyətləri və zirzəmilərini su basıb.
Nazirliyin uyğun qurumları hadisə yerinə cəlb edilib.