Gəncədə quldurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da şəhər sakini Bulxar Zeynalovanın 90 manat pulunu quldurluq yolu ilə almış həmyerlisi Vüqar Xəlilov tutulub.
Araşdırma aparılır.