Gəncədə maşın piyadanı vurdu
10 iyul 2016 23:38 (UTC +04:00)

Gəncədə maşın piyadanı vurdu

0

Gəncədə avtomobil piyadanı vurub.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı kişi hərəkətdə olan “VAZ 2107” tərəfindən vurulub. Kimliyi hələ ki məlum olmayan yaralı piyada xəstəxanaya aparılıb.


Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar