Gəncədə "Jek" işçisini döyüb xəstəxanalıq etdilər
16 may 2018 16:46 (UTC +04:00)

Gəncədə "Jek" işçisini döyüb xəstəxanalıq etdilər

0

Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nn məlumatına görə, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsinin işçisi, 1986-cı il təvəllüdlü Allahverdiyev Vüsal Sabir oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, V. Allahverdiyev iş başında olan zaman döyülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar