İyulun 30-da axşam saatlarında Gəncə şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şah İsmayıl Xətai küçəsində 1960-cı il təvəllüdlü Arazov Qabil Sabir oğlu küçənin ortasında bıçaqlanaraq qətlə yetirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş 1977-ci il təvəllüdlü Hüseynov Vüsal Hüseyn oğlu müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, qətlin səbəbləri araşdırılır.