Gəncədə 4 qonşu döyüldü
Gəncədə qonşular arasında kütləvi dava olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Lalə Nurəddin qızı, 1986-cı il təvəllüdlü Novruzov Rusal Şöhrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədova Maral Nurəddin qızı döyülüb. Döyülənlər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu bildirilir.
Onlar qonşuları tərəfindən döyüldüklərini deyiblər.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
589