Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 1990-cı il təvəlüdlü Orucov Həsən Mehman oğlu başından bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə başın böyük çapılmış yarası diaqnozu qoyulub. Onun yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.
Faktla bağlı araşdırma aparılır.
782