İyunun 11-nə keçən gecə Gəncə şəhərində qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Əlbəndov Şəhriyar Vaqif oğlu çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.