Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Qasımov Elsevər Səməd oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. E.Qasımov yıxılaraq xəsarət aldığını bildirsə də, onun bıçaqlandığı ehtimal olunur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.